ƏRBƏİN - Bu gün İmam Hüseyn (ə)-ın şəhadətinin 40-cı günüdür

Oxundu: 263
ƏRBƏİN - Bu gün İmam Hüseyn (ə)-ın şəhadətinin 40-cı günüdür

Bu gün səfər ayını 20-si, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günüdür.

 

İslaminSesi.info bildirir ki, bu gün Ərbəin günüdür. Ərbəin “40-cı” mənasındadır. Yəni İmam Hüseynin (ə) şəhadətinin 40-günüdür. Aşuradan 40 gün ötür.

 

Hər il olduğu kimi bu il də Kərbəlada milyonlarla insan var.

 

Şərqdən, qərbdən, dünyanın müxtəlif ölkələrindən insanlar, peyğəmbər övladının, qəhrəmanlıq və azadlıq simvolunun matəmində iştirak etmək üçün Kərbəlaya gəlir.

 

Nəcəf-Kərəla arası 90 km-lik yolu piyada qət edən insanlar Kərbəlaya, İmamın (ə) pak hərəminə yetişib.

Hazırda Kərəlada böyük izdiham var.

 

İnsanlar dəstə-dəstə “Ləbekə Ya Hüseyn” şüarı ilə (yəni biz sənə tabeyik ya Hüseyn)  İmamın (ə) məzarı önündən keçir, sanki İmama olan tabeçilik əhdini bir daha təzələyirlər.

 

Bütün dünyanın diqqəti Kərbəladadır.

 

Dünya heç vaxt belə izdiham görməyib, bu qədər insanı bir arada görməyib. Bu il Kərbəlaya dünyanın 55 ölkəsindən milyonlarla zəvvar gəlib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system