“Ənsarullah” və Səudiyyə 1400 əsiri azad etmək barədə razılıq əldə edib

Oxundu: 93
“Ənsarullah” və Səudiyyə 1400 əsiri azad etmək barədə razılıq əldə edib

Yəmən “Ənsarullah”ı ilə Səudiyyə koalisiyası 1400 əsiri azad etmək barədə razılıq əldə edib

 

İslaminSesi Almasirah-a istinadən xəbər verir ki, Yəmən “Ənsarullah”ı əksəriyyəti səudiyyəli və sudanlılar olmaqla hər iki tərəfdən 1400 əsirin azad edilməsinə razılıq verib.

 

Bu barədə Yəmən ƏNSARULLAH Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam öz açıqlamasında məlumat verib.

 

Onun sözlərinə görə razılaşma BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nəzarəti ilə İordaniyada əldə edilib. Razılaşmaya əsasən aralarında Sudan və Səudiyyədən də əsirlər olan 1400 nəfər azad ediləcək.

 

Razılaşmanın 7 günlük danışıqların nəticəsində əldə edildiyi bildirilir.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system