“Ən sərt administrativ təzyiq rıçaqları belə arzuolunan nəticəni əldə etməkdə gücsüzdür” – İqtisadçı-ekspert

Oxundu: 170
“Ən sərt administrativ təzyiq rıçaqları belə arzuolunan nəticəni əldə etməkdə gücsüzdür” – İqtisadçı-ekspert

Rövşən Ağayev: “Büdcənin səmərəsiz və israfçı xərclənməsinin qarşısını yalnız nəticə və proqram əsaslı büdcə mexanizminə keçidin təcili başa çatdırılması təmin edə bilər”

İslaminSesi xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev özünün Facebook hesabında ölkədə aparılan iqtisadi islahatlarla bağlı fikirlərini açıqlayıb.

İqtisadçının fikrincə, əgər gerçək islahatlardan söhbət gedirsə, aşağıdakı 3 sütun öz yerində olmalıdır:

 

1. Əksmərkəzləşmə islahatı baş verməli, yerli və regional səviyyədə vətəndaşı, onların səsi ilə formalaşan, qarşısında hesabatlı və məsiliyyətıi olan seçkili təsisatlar yönəltməlidir;

 

2. Büdcənin səmərəsiz və israfçı xərclənməsinin qarşısını yalnız nəticə və proqram əsaslı büdcə mexanizminə keçidin təcili başa çatdırılması təmin edə bilər. Bu islahat isə 2 siyasi islahatın paralel baş verməsi ilə nəticəli olur: Birinicisi, hər bir nazir (dövlət agentliyi) öz proqram və strategiyası ilə parlamentdən vəsait istəyir, sonra da xərclədiyi vəsaitin hesabatını özü verir. Yoxsa maliyyə naziri çıxıb bütün büdcə xərcləmələrinin məsuliyyətini öz üzərinə götürmür. İkinci ən vacib məqam - büdcəyə effektiv və peşəkar nəzarət imkanı olan, hər qəpiyin hesabını soran parlament formalaşır;

 

3. Effektiv ictimai nəzarət insitutlarına hər cür şərait yaradılır. Söhbət təkcə müstəqil və azad mediadan yox, eyni müstəqilliyə malik QHT-lərdən, alternativ siyasi institutlardan gedir.

 

R.Ağayev hesab etdiyini bildirir ki, gerçək islahat üçün ən təməl institusional şərtlər yuxarıda göstərilənlərdən ibarətdir. Gerisi isə artıq peşəkar texnokrat məmurların görəcəyi işlərdir.

 

İqtisadçının qənaətinə görə, ən sərt administrativ təzyiq rıçaqları belə arzuolunan nəticəni əldə etməkdə gücsüzdür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system