NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 174
Ən cüzi alkoqol belə xərçəng riskini artırır - Amerikalı alimlərdən həyəcan təbili

Ən cüzi alkoqol belə xərçəng riskini artırır - Amerikalı alimlərdən həyəcan təbili

Təəssüf ki, tibbin köməyi ilə xərçəng probleminin kökünü birdəfəlik kəsmək mümkün deyil. Çarəsi hələ də tapılmadığı üçün xərçəng ölümcül xəstəliklərin siyahısına daxil edilir. Bununla belə xəstəliyin qarşısını almağa kömək edə bilən üsullar var

İslaminSesi xəbər verir ki, Amerika Klinikasının Onkologiya Cəmiyyətinin mütəxəssisləri “Journal of Clinical Oncology” tibb jurnalına çıxış edərək bildirib ki, hətta azca alkoqol qəbulu onkoloji risk artıran amildir. Odur ki, alkoqolun istehlakını maksimum azaltmaq, yaxud da ondan ümumiyyətlə imtina etmək lazımdır.

 

Alimlər əmindir ki, hətta cüzi miqdarda spirtli içki qəbulu qida borusu, qaraciyər, süd vəzi, yoğun bağırsaq və qırtlaq xərçənginə tutulmaq ehtimanı artırır.

 

Aparılan araşdırmalara görə, insanlar alkoqolun təsirini orqanizmdə çox qiymətləndirmirlər, odur ki, əhalinin problem barədə məlumatlandırılması məqsədi ilə müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulub.

 

Statistika göstərir ki, 2012-ci ildən başlayaraq, dünyada yeni xərçəng növlərinin 5,5% -i, onkoloji xəstəliklərdən ölüm hallarının isə 5,8% -i spirtli içki ilə bağlı olub. /Publika.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system