NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 6237
Ən böyük ərəb milyarderinin saxlanılma səbəbi bəlli oldu

Ən böyük ərəb milyarderinin saxlanılma səbəbi bəlli oldu

55 yaşlı milyarder Vəlid bin Təllal bin Əbdüləziz 21 milyard dollar sərmayə ilə ərəb dünyasının ən varlı milyarderi sayılır. Ötən həftə onun Səudiyyədə rüşfətxorluq və oxşar ittihamlarla saxlanılması dünyada xüusislə də körfəzdə böyük qalmaqala səbəb olub. Əslində onun saxlanılma səbəbi nədir?

İslaminSesi.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz rəsmi twitter səhifəsində Səudiyyədəki siyasi zəlzələyə münasibət bildirib.

 

O belə yazıb:

“Mən tam şəkildə kral Salmana və vəliəhdinin işlərinə əminəm ki onlar nə etdiklərini bilirlər. Barələrində şiddətli rəftar edilənlər öz ölkələrini illər boyu çapıblar”

 

Bəzi ekspertlər Vəlid bin Təllalın da saxlanılanların arasında olmasını belə izah ediblər və 2015-ilin 11 dekabrında yəni ABŞ-da prezident seçkiləri öncəsi namizədlərin rəqabəti zamanı ərəb milyarderin Trampın ünvanına yazdığı paylaşıma diqqət çəkiblər.

 

Milyarder o twitində belə yazmışdı:

“Sən təkcə respublikaçılar üçün deyil, bütün Amerika üçün ar hesab edilirsən. Rəqabətdən çıx ki qalib gələ bilməyəcəksən”

 

O zaman Tramp Vəlidə bu cavabı vermişdi:

“Şahzadə Vəlid öz atasının pulu ilə ABŞ-da bizim siyasətçiərimizə hakim kəsilmək istəyir. Amma mən seçilsəm o artıq bunu edə bilməyəcək”

 

Təbii ki ötən həftənin sonunda Səudiyyədə baş verən siyasi zəlzələdə Vəlidin saxlanılması və Trampın bunu alqışlaması da əvvəlki ədavətdən xəbər verir.

 

Bəzi ekspertlər milyarderin saxlanılmasının bir səbəbi kimi, onun,  32 yaşlı Məhəmmədin atası kralın canişini və vəliəhdi seçilməsinə etiraz etməsi ilə bağlı olduğunu bildirirlər. Etiraz edilən bu qərar elə bir qərar idi ki, kral Salman qardaşı oğlu Nayifi vəliəhdlik və canişinlikdən çıxardı və öz oğlunu vəliəhd təyin etdi.

 

 

Sonda irəli sürülən səbəb isə onun rüşfətxorluqda, çirkli pulların yuyulması, ofşor şirkətlərin təsisi və bu kimi addımlarda təqsirləndirilməsidir. Həmçinin iddia edilir ki, 2009-cu ildə beynəlxalq maliyyə böhranı zamanı o iflasa uğramaq astanasında olan zaman o vaxtkı ölkə rəsmiləri ilə, maliyyə naziri və ən əsası kral Abdulla ilə sıx əlaqələrindən istifadə edərək, hökumətdən böyük maddi dəstəklər ala bilmişdi. İndi həmin maddi dəstəklərə görə o cavab verməlidir.

 

Mənbə: RT

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system