NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Emin 444"ün "morqda" çəkilən şok görüntüləri yayıldı - VİDEO

Oxundu: 2357

Bakıda kriminal dairələrdə "Emin 444” və "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərov torpağa tapşırılıb.

İslaminSesi.info  Buta.media-ya istinadla xəbər verir ki, E. Səfərovun anası "morqdan" görüntüləri təqdim edib.

 

O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib:

 

"Mənim oğlumun bağırsaqlarını yerə tökən azadlıqda gəzməməlidir". - qadın müraciət edərək deyib.

 

Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb. 

 

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb. 

 

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə meydana gəlib. Z.Yusifov Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Zaur Yusifov sifariş edib:

 

"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.

 

İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system