Əməl edin ki, ömrünüz uzun olsun – Dəyərli kəlamlar

Oxundu: 163
Əməl edin ki, ömrünüz uzun olsun – Dəyərli kəlamlar

Ömrün sağlam və uzun olması insan üçün ilahi bir nemətdir. Çünki hədislərin də buyurduğu kimi dünya axirətin əkin yeridir. İnsan dünyada olduqca Allaha bəndəçilik etmək imkanı daha çox olur.

 

Bizə yetişən dəyərli hədislərin nəticəsinə görə insanın ömrünün uzun və bərəkətli olması onun əmlləri ilə sıx əlaqəsi vardır.

 

“İslaminSesi” - Bu əməllər ömrün uzanmasına səbəb olur:

 

1-Valideynə yaxşılıq və siləyi-rəhim (qohumlarla əlaqə)

 

Rəsuli-Əkrəm (s) buyurur: "Ey Adəm övladı, ata-anana yaxşılıq və siləyi-rəhim et ki, Allah-Taala işlərini asan və ömrünü uzun etsin!"

 

2-İmam Hüseyni (ə) ziyarət etmək

 

İmam Cəfər Sadiq (ə) buyurur: "İmam Hüseynin ziyarətini tərk etmə və bunu öz dostlarına da sifariş et. Bilki,  belə olan təqdirdə Allah-Taala ömrünü uzun və ruzini çoxaldacaq".

 

3-Sədəqə vermək

 

İmam Baqir (ə) buyurur: "Yaxşı iş və sədəqə yoxsulluğu aradan qaldırır, ömrü uzadır və yetmiş pis ölümü sahibindən uzaqlaşdırır".

 

4-Dəsnamaz almaq (dəstəmazlı olmaq)

 

Peyğəmbəri-Əkrəm buyurur: "Həmişə dəsnamazlı ol ki, Allah ömrünü uzatsın".

 

5-Üçlük əməl

 

İmam Sadiq (ə) buyurur: "Üç şey ömrün uzanmasına və nemətdən davamlı istifadə etməyə səbəb olar:

- Ruku və səcdələri uzatmaq, başqalarına yemək verilən süfrədə çox oturmaq və ailə ilə gözəl davranmaq".

(Dini saytlara istinadən)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system