NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Elinanın intihar anının görüntüləri yayıldı - VİDEO

Oxundu: 1276
Elinanın intihar anının  görüntüləri yayıldı - VİDEO

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri yayımlanıb.

 

Videoda məktəbli Elina Hacıyeva darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

 

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. (Buta.media)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system