NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əli Kərimli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi

Oxundu: 516
Əli Kərimli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi

Bir müddət əvvəl Şəhidlərin Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

“İslaminSesi” Virtualaz-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

 

A.Kərimli və onun tərəfdarları Milli dirçəliş günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

 

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

 

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system