NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Əldə etdiklərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai

Oxundu: 644

Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır.

 

İslaminSei.info – Əllamə Qazi Təbatəbai İslamin bökük arifi, əxlaq ustadı və filosoflarındandır.

 

Əllamə Seyid Mirzə Əli Qazi hicri 1285-ci il (1865) Təbriz şəhərində, elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açıb. Əllamə təhsilini davam etdirmək üçün Nəcəf-Əşrəfə yollanır və orada Molla Məhəmməd Şərbiyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzəhüseyn kimi fazil alimlərdən dərs alır.

 

Əllamə bir çox əsərlərin müəllifi, görkəmli alimlərin müəllimi olmuşdur. O cümlədən Seyyid Məhəmməd Hüsey Təbatəbai, Məhəmməd Behcət, Ayətullah Kəşmiri və bu kimi böyük şəxsiyyətlər bu  alimin şagirdi olmuş, ondan bəhrələnmişlər.

 

Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir:

 

“Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim.”

 

- Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı imamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir:

 

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə-35)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system