NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 496
Eldar Mahmudov bu gün də məhşər ayağına çəkildi, Akif Çovdarovla üzləşdirildi

Eldar Mahmudov bu gün də məhşər ayağına çəkildi, Akif Çovdarovla üzləşdirildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən istintaqa çağırılıb.

 

İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, Mahmudov əvvəlki günlərdən fərqli olaraq bir neçə saatlıq dindirmədən sonra buraxılmayıb, o, səhər saat 9-dan etibarən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.

 

“AzPolitika” saytı bildirir ki, Mahmudovu idarədən günorta cəmi 1 saatlıq nahara buraxıblar. Günün ikinci yarısında onun idarədə MTN-in keçmiş idarə rəisi Akif Çovdarovla üzləşdiriləcəyi gözlənilirdi. Məlumata görə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi və ölkədən xaricdəki hesablara 1 milyard dollar çıxarması ilə bağlı dindirilir. Lakin bu, Mahmudovun işində epizodlardan biridir. O, keçmiş köməkçisi və yaxın qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə də dindirilir. Məlumata görə E.Mahmudov artıq keçmiş köməkçisi ilə üzləşdirilib.

 

Xatırladaq ki, son günlər E.Mahmudovun dindirilməsi intensivləşib. O, dünən də istintaqa çağırılmışdı və axşam saat 21.00-ə qədər dindirilib. Mənbələr bildirirlər ki, bu gün Mahmudova istintaqda verilən suallar daha mürəkkəb olduğundan o, olduqca gərgin imiş. Dindirmənin intensivləşməsi Mahmudovun yaxın günlərdə əllərinin qandallanacağını təxmin etməyə əsas verir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system