NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub

Oxundu: 76
Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub

Əlcəzairin paytaxtında polislə nümayişçilər arasında toqquşma olub.

 

 İslaminSesi “TRTWorld”a istinadən xəbər verir ki, qarşıdurma demokratiya uğrunda hərəkatın rəmzi kimi qəbul olunan Mərkəzi Poçt İdarəsinin yaxınlığında qeydə alınıb.

 

Polis əməkdaşları onlara daş atan nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə ediblər. Eyni zamanda paytaxtdakı bulvarlar bağlanılıb, şəhərin giriş-çıxışlarında avtomobillər yoxlanılır.

 

Xatırladaq ki, Əlcəzairin paytaxtında və başqa iri şəhərlərdə kütləvi nümayişlər davam edir. Mitinq iştirakçıları ölkəni 20 il ərzində idarə etmiş eks-prezident Əbdüləziz Buteflikanın istefasına qane olmadıqlarını, köklü siyasi islahatlar tələb etdiklərini, hazırkı müvəqqəti dövlət başçısı Əbdülqədir bin Salehin də köhnə rejimin bir parçası olduğunu bildirirlər.

 

Report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system