NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əlcəzairdə cümə etirazları zamanı 180 nəfər saxlanılıb - VİDEO

Oxundu: 225
Əlcəzairdə cümə etirazları zamanı 180 nəfər saxlanılıb - VİDEO

Əlcəzairdə artıq səkkizinci cümədir ki, hökumətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, 20 il ölkəyə başçılıq edən Əbdüləziz Buteflikanın istefasına baxmayaraq, ölkə əhalisi etirazları davam etdirərək, fundamental demokratik islahatların aparılmasını tələbb edir.

 

Bundan başqa, onlar iqtisadiyyat strukturlarında və hökumət orqanlarındakı korrupsiyadan narazıdır.

 

Bu etiraz aksiyaları 2011-ci ildə baş vermiş "ərəb baharı"ndan sonra ən kütləvi aksiya hesab olunur.

 

Dünən keçirilən etiraz aksiyası polislə toqquşma ilə nəticələnib. İnzibati orqanların nümayəndələri gözyaşardıcı qaz və yanğın nasoslarından istifadə edib.

 

Əlcəzair Daxili İşlər Nazirliyinin yenilənmiş rəsmi məlumatlarına əsasən, toqquşmalarda 83 polis xəsarət alıb, 180 nümayişçi saxlanılıb.

 

 




 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system