"Əl-Qaidə"nin Cənubi Asiya üzrə lideri Asim Ömər öldürülüb

Oxundu: 55

"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

 

Bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

 

Açıqlamada deyilir ki, ötən ay keçirilən NATO qüvvələrinin də qatıldığı birgə əməiyyat nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

 

Əməliyyatın 23 sentyabr tarixində keçirildiyi güman edilir. Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşlarının da olduğu bildirilir.

Qeyd edək ki, 1974-1976-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.apa.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system