əl-Bağdadi Suriya ərazisində Türkiyə istiqamətinə qaçır – İraq kəşfiyyatı

Oxundu: 204
əl-Bağdadi Suriya ərazisində Türkiyə istiqamətinə qaçır – İraq kəşfiyyatı

İŞİD lideri Əbu Bəkr əl-Bağdadının Suriya ərazisində olduğu, onun Türkiyə istiqamətində qaçmağa cəhd edildiyi məlumatı yayılıb.

 

İslaminSesi.info əl-Arabiyaya istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Daxili İşlər Nazirliyinə bağı “Şahin hücrəsi” adlı kəşfiyat qurumu xəbər yayıb.

 

Mənbənin xəbərinə görə Daxili İşlər Nazirliyi Kəşfiyyat və Antiterror Baş İdarəsinin rəhbəri Əbu Əli əl Bəsrinin verdiyi açıqlamaya əsasən "Əbu Bəkr əl-Bağdadi ləqəbli terrorçu İbrahim Avad əl-Samarrai hazırda Suriyanın qərb bölgələrindən birindədir."

 

Həmçinin Əbu Əli əl-Bəsiri əl-Bağdadının Suriya ərazisində Türkiyə istiqamətdə qaçdığını bildirib.

 

Bəzi İŞİD komandirlərinin bir başa əl-Bağdadinin göstərişi ilə Türkiyə və Şimali Afrikaya qaçdığını deyən əl-Bəsri, bir sıra terrorçuların və onların ailələrinin hazırda  Suriyanın əl-Həsaka bölgəsindəki Əl-Houl düşərgəsində olduğunu da bildirib.

 

Əl-Bəsri Suriyanın İdlib əyalətində böyük sayda İŞİD dəstələrinin olması barədə də xəbərdarlıq edib.

 

Xatırladaq ki, əl-Bağdadı ötən həftə Furqan Vəqfi tərəfindən yayımlanan səs yazısı vasitəsi ilə həbs edilmiş İŞİD qadınlarının azad olunmasını tələb etmişdi. Həmçinin İŞİD-çiləri yenidən mübarizəyə səsləmişdi.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system