Ekvadorda etiraz aksiyası: 570 nəfər saxlanıldı - VİDEO

Oxundu: 29
Ekvadorda etiraz aksiyası: 570 nəfər saxlanıldı - VİDEO

Ekvadorda etiraz aksiyaları zamanı 570 nəfər saxlanılıb.

İslaminSesi xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Xuan Sebastyan Roldan məlumat verib.

 

“Yollarda hərəkətin bağlamasına, şəxsi və dövlət mülkiyyətini yararsız hala gətirdiyinə və ya digər insanlara zor tətbiq etdiyinə görə 570 nəfər saxlanılıb”, - deyə S. Roldan Tvitter hesabında yazıb.

 

“Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir”, - prezident köməkçisi əlavə edib.

 

Qeyd edilir ki, oktyabrın 1-də Ekvador prezidenti Lenin Moreno ölkədə bir sıra iqtisadi islahatlar keçirib. Bu da öz növbəsində əhalinin narazılığına səbəb olub.

/Virtualaz.org/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system