NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ekspert: Məhsulun qapağı açıldıqdan sonra üç gün saxlamaq olar

Oxundu: 97
Ekspert: Məhsulun qapağı açıldıqdan sonra üç gün saxlamaq olar

Zaman-zaman vətəndaşların mağazadan aldığı ağartı məhsullarının istifadəyə yararsız olduğu barədə məlumatlar eşidirik. O da məlum olur ki, bu məhsulların istifadə müddəti başa çatmayıb.

Bəs, ağartı məhsullarının saxlanma şərtləri necədir?

 

Qida üzrə mütəxəssis Günel Məlikzadə  açıqlamasında bildirib ki, ağartı məhsulları yüksək riskli məhsullar qrupuna aiddir:

 

“Onların saxlanılmasına ciddi riayət edilməlidir. Məhsulun temperatur şərtlərinə riayət edilmədikdə tərkibindəki mikrobioloji dəyişiklik baş verir. Bu da insan sağlamlığı üçün təhlükə yaradır.

 

Odur ki, ağartı məhsulları 0-4 dərəcə soyuq temperaturda saxlanılmalıdır. Vətəndaş məhsulu alan zaman istehsal tarixinə baxmalı, qeyd etdiyimiz dərəcəyə diqqət etməlidir. Ağartı məhsulunun qapağı açıldıqdan sonra isə yalnız üç gün saxlamaq olar”.

 

Günel Məlikzadə bildirib ki, qaydalara əməl edilmədikdə qida zəhərlənmələri baş verə bilər:

 

“Bu məhsulların ağırlığı insanların həssaslığına görə dəyişir. Belə ki, həssas əhali qrupu olan uşaqlar, yaşlılar daha tez zəhərlənə bilərlər. İmmunitet çatışmazlığı olan insanların zəhərlənməsi ölüm hallarına səbəb ola bilər”.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, vətəndaşlar bu cür hallarla rastlaşdıqda agentliyin qaynar xəttinə məlumat verməlidirlər. Bundan sonra qurumun mütəxəssisləri məsələ barədə dərhal araşdırma aparacaqlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system