Ekspert: Avropanın erası bitir, Asiya bəşəriyyətin tarixini yazır

Oxundu: 162
Ekspert: Avropanın erası bitir, Asiya bəşəriyyətin tarixini yazır

"Asiyada iqtisadi əməkdaşlıq üçün bəşəriyyətin bütün tarixi boyunca heç vaxt görmədiyi böyük məkan yaradılır. Bu məkan özündə dünya iqtisadiyyatının 50%-ini təşkil edir"

Dünyanın inkişaf mərkəzi Qərbdən Şərqə keçir. İslaminSesi xəbər verir ki, bunu Sputnik-lə söhbəti zamanı Özbəkistanda keçirilən "Valday" beynəlxalq diskussiya klubunun X Asiya konfransında iştirak edən Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib.

 

Ekspertin sözlərinə görə, dünya hazırda Böyük Asiyanın yaradılışının şahidi olur.

 

Mütəxəssis vurğulayıb ki, Böyük Asiyaya "Qərbdən uzaqlaşan" Türkiyə və "2-3 il əvvəl Birləşmiş Ştatlarla əməkdaşlığa yönələn" Filippin və Vyetnam da daxil olub.

 

"Asiyada iqtisadi əməkdaşlıq üçün bəşəriyyətin bütün tarixi boyunca heç vaxt görmədiyi böyük məkan yaradılır. Bu məkan özündə dünya iqtisadiyyatının 50%-ini təşkil edir. Bütün bu iqtisadi proseslərin bazasında həm də gələcək dünya düzənini formalaşdıracaq siyasi institutlar və hərbi birliklər də yaradılacaq", - deyə Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib.

 

Onun sözlərinə görə, Asiya dünyadakı vəziyyəti qaydaya salmaq və sabitləşdirmək üçün ən mürəkkəb və müxtəlif ölkələr arasında təmas nöqtələri axtaracaq.

"Bu gün, ola bilsin ki, doğrudan da Avropanın erası bitir və biz Asiyanın bəşəriyyətin tarixini yazacağı digər bir eraya qədəm qoyuruq. Başqa qaydalarla yeni dünya nizamı formalaşdırılacaq. Bu, hər şeyi liberal iqtisadi və siyasi sistem bazası üzərində qurmağa cəhd edən Qərbin istədiyi kimi olmayacaq. Bu, tamamilə başqa bir şey olacaq: Hər bir ölkə dialoq, öz imkanları, ənənələri vasitəsilə daha böyük bir şeyə qoşulacaq", - deyə Aleksandr Rar vurğulayıb.

"Valday" ekspert klubunun üzvü ölkələrin təcriddən çıxmasına və inteqrasiyaya hazır olmalarına diqqət çəkib.

 

Qeyd edək ki, Səmərqənddə Valday klubunun "Mərkəzi Asiya və Avrasiya: Qlobal qarışıqlığın çağırışları qarşısında çoxtərəfli əməkdaşlıq" mövzusunda X Asiya konfransı keçirilir. Konfransa 11 ölkədən (Rusiya, Özbəkistan, Almaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Filippin, İsveç və Yaponiya) 70-dən çox aparıcı ekspert qatılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system