NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əhalinin sayı açıqlandı

Oxundu: 324
Əhalinin sayı açıqlandı

Car ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 
İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. 
 
Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system