Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ

Oxundu: 154
Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ

“Artıq 3 ili əhatə edən siyahıyaalmaya hazırlıq dövrü başa çatıb. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib olunub, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilib”.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib.

 

A.Abbasəliyevin sözlərinə görə, təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb:

 

“Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib”.


DSK rəsmisi qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, cari ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçiriləcək:

 

“Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanmış, digər metodoloji sənədlər təsdiq edilmişdir. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcəkdir. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub”.

 

A.Abbasəliyev bildirib ki. siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək:


“Sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcəkdir. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system