NAMAZ VAXTLARI:
  • FƏCR 06:01
  • GÜN 07:25
  • ZÖHR 12:25
  • ŞAM 17:43
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Əhali ətlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına inanmır”

Oxundu: 2512
“Əhali ətlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına inanmır”

Eyyub Hüseynov: “İstehlakçı bazara daxil olanda minlərlə cəmdəyə baytar möhürü vurulduğunu görür”

 

Azərbaycanda ət kəsim məntəqələri ilə bağlı qaydalar hazırlanır və yaxın vaxtlarda hökumətə təqdim olunacaq. Yeni qaydalara əsasən ət kəsimi mərkəzləşdirilmiş qaydada aparılacaq və bu iş  dövlət orqanlarının nəzarəti altında həyata keçiriləcək. Bu o deməkdir ki, ayrı-ayrı şəxslər istədikləri yerlərdə ət kəsimi ilə məşğul ola bilməyəcəklər. İnsanların öz gözləri  önündə kəsilən heyvanların ətindən istifadə etdiklərini nəzərə alsaq, yeni qaydaların əhali tərəfindən qəbul olunmayacağını təxmin etmək çətin olmaz. Üstəlik ölkədə monopoliya və korrupsiyanın mövcudluğu da, bu prosesin  şəffaflığına şübhə yaradır.

 

Mövzunu “İslaminSesi” nə şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov maraqlı məqamlara toxunub. O, bildirib ki, bu qərar zəruri olsa da, kafi deyil: “ Ona görə zəruridir ki, kim harda və necə gəldi ət kəsimi ilə məşğul olmasın. Bu məsələ həll olunmalı, ət kəsimi nəzarət altında və vahid məntəqədə həyata keçirilməlidir. Nazirlər Kabinetinin “94” saylı qərarına əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməli, paketlənməli və üzərində müəssisənin adı, ünvanı və istehsal tarixi, eləcə də digər eskizlər yazılmalıdır”.

 

Eyyub Hüseynovun sözlərinə görə, hökumət 10 ildən çoxdur ki, məsələni həll etməyə çalışır. Lakin buna nail ola bilmir: “ Çünki bu problemi inzibati yollarla həll etmək mümkün deyil. Səbəb isə Azərbaycan istehlakçılarının ətlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına inanmamasıdır.  İnsanlar gözləri ilə gördükləri heyvanları almaq istəyirlər. Çünki istehlakçı bazara daxil olanda minlərlə cəmdəyə baytar möhürü vurulduğunu görür. Yəni yalançı ekspertizaları, murdar ət satanları insanlar ayırd edə bilirlər. Ona görə də, mövcud bazar min illlərdir işləyir. Çünki tələb olan yerdə mütləq təklif mövcuddur”.

 

Ekspert əlavə edib ki, Qida Təhlükəsiz Agentliyi inzibati yollarla bu problemi həll etməyə nail olmayacaq: “ Bu məsələnin həll yolu əhalinin inamını qazanmaqdan keçir. Yəni Agentlik ictimaiyyəytlə sıx iş birliyində olmalıdır. Qeyd edim ki, 5 il öncə ət kəsimi üçün iki məntəqə yaradılsa da, heç biri istifadə olunmur. Çünki əhali gözü ilə gördüyü malları almağa üstünlük verir.  Elə etmək lazımdır ki, əhali üzünü marketlərə çevirsin”.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system