NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Əfqanıstanda 60-a yaxın "Taliban" üzvü məhv edilib

Oxundu: 158
Əfqanıstanda 60-a yaxın

Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.

 

“İslaminSesi” - Gilmend vilayətində "Taliban" qruplaşmasının 31 üzvü məhv edilib, terrorçuların partlayıcı qurğuları, silah və döyüş sursatları ələ keçirilib.

 

Yerli KİV-lər qeyd edir ki, daha 11 talib xüsusi təyinatlı qüvvələrin Vardak vilayətinin Seyidabad qəzasında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

 

Hərbi mənbələrin məlumatına görə, digər terrorçular Loqar (2 terrorçu), Kunar (1 terrorçu), Qazni (4 terrorçu) vilayətlərində və Tarinkot (7 terrorçu) şəhərində məhv edilib.

 

Ölkənin Paktiya vilayətinin Caci qəzasında keçirilən əməliyyatlar nəticəsində isə xarici terrorçularla əlaqələri olan 4 nəfər saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri və vətəndaşlar arasında ölənlər barədə məlumat yoxdur.(Trend)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system