NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Əfqanıstan ordusu ilə “Taliban” toqquşdu - 80 ölü

Oxundu: 60
Əfqanıstan ordusu ilə “Taliban” toqquşdu - 80 ölü

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bəyanatında bildirilir ki, son sutka ərzində keçirilən hərbi əməliyyatlar nəticəsində “Taliban” hərəkatının 31 silahlısı öldürülüb.

 

"İslaminSesi" Anadolu agentliyinə istinadla xəbər verir ki, Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda Əfqanıstanda hökumət gücləri ilə hərəkatın silahlı qruplaşmaları arasında döyüşlər daha da şiddətlənib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif bölgələrdə 76 hərbi əməliyyat və son 24 saat ərzində hərbi təyyarələrin 78 uçuşu həyata keçirilib. Əməliyyatlar Kunar, Xost, Oruzqan, Badğiş, Bəlx və Helmənd vilayətlərində aparılıb. Onların nəticəsində 31 “Taliban” silahlısı öldürülüb, 19 nəfər yaralanıb. Ordu mənbələri qeyd ediblər ki, bu əməliyyat “Taliban”ın Türkmənistanla sərhəd bölgədə Əfqan Milli Ordusunun 20 əsgərini öldürməsi, daha 30 hərbçini isə girov götürməsindən sonra təşkil olunub.

 

“Taliban”ın sözçüsü Zəbihullah Mücahed isə Əfqanıstan ordusunun 57 əsgərinin öldürüldüyü, 12-sinin yaralandığı və 9 hərbçinin girov götürüldüyü barədə məlumat yayıb.(SİA)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system