NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Əfqanıstan Məzari-Şərifə tanklar yerləşdirib

Oxundu: 60
Əfqanıstan Məzari-Şərifə tanklar yerləşdirib

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Məzari-Şərif şəhərində ötən gün silahlı toqquşma baş vermiş polis məntəqəsinin yaxınlığına tanklar yerləşdirilib.

 

"İslaminSesi" - “Report” “ToloNews”a istinadən xəbər verir ki, əyalətin sabiq qubernatoru Ətta Məhəmmədi Nurun tərəfdarları əyalətin polis rəisi vəzifəsinə Əbdül Raqib Mübarizin təyin olunmasına qarşı çıxıblar.

 

Ətta Məhəmmədi Nur bu təyinatın 2018-ci ildə ölkə Prezidenti Məhəmməd Əşrəf Qani ilə əldə etdikləri razılığa zidd olduğunu bildirərək əhalini etiraz olaraq işə çıxmamağa, müəssisələrini bağlamağa çağırıb.

 

Qeyd edək ki, ötən gün baş vermiş atışmada 1 polis ölüb, ikisi mülki şəxs olmaqla 7 nəfər xəsarət alıb. Hücum edənlərdə azı 25 nəfər saxlanılıb.

Hökumət Məzari-Şərif şəhərindəki vəziyyəti nəzarətə götürüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system