Əfqanıstan İŞİD-i məğlub etdi - Aralarında Azərbaycan vətəndaşları da var/VİDEO

Oxundu: 1312
Əfqanıstan İŞİD-i məğlub etdi - Aralarında Azərbaycan vətəndaşları da var/VİDEO

Əfqanıstan təhlükəsizlik qüvvələri Pakistanla həmsərhəd Nənqərhar vilayətində İŞİD terror qruplaşmasını məğlub edib.

İslaminSesi-nin “NTD” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qani Nənqərhar vilayətində çıxışı zamanı bildirib.

 

“İŞİD-in məğlub edilməsi o demək deyil ki, biz ərazini “Taliban” hərəkatına verəcəyik. Xeyr, sadəcə insanlara... Təhlükəsizlik qüvvələrimiz Nənqərharda təhlükəsizliyi təmin edəcək və biz ora nə qaçaqmalçıları, nə də terrorçuları buraxacağıq”, - deyə Qani bildirib.

 

Məlumata görə, ələ keçirilən terrorçular arasında Pakistan, Tacikistan, Özbəkistan, İran, Qazaxıstan, eləcə də Azərbaycan vətəndaşları var./“Qafqazinfo"/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system