NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Efiopiyadakı qəzadan sonra 50 yaxın ölkə Boeing 737 Max-dan imtina edib

Oxundu: 67
Efiopiyadakı qəzadan sonra 50 yaxın ölkə Boeing 737 Max-dan imtina edib

Efiopiyada baş verən və 157 nəfərin həyatına son qoyan qəzadan sonra 50 yaxın ölkə Boeing- 737 MAX 8 və Boeing - 737 Max 9 təyyarələrindən imtina edib.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu tip laynerlərin istifadəsini dayandıran son ölkələrdən biri ABŞ olub.

 

Daha öncə isə, laynerlərin istifadəsindən imtina etdikləri haqda Avropa ölkələri, həmçinin, İndoneziya, Çin, Efiopiya, Monqolustan, Vyetnam, Rusiya və bir sıra Yaxın Şərq dövlətləri, eləcə də BƏƏ və Səudiyyə Ərəbistanı elan etmişdi.

 

Xatırladaq ki, bir neçə gün öncə Ethiopian Airlines aviaşirkətinin Boeing 737 təyyarəsi Keniyaya uçuş zamanı qəzaya uğrayıb. Nəticədə 35 ölkədən olan 157 nəfərin hamısı həlak olub.

 

Daha öncə, 2018-ci ilin oktyabrında, bu tip təyyarə İndoneziyada da qəzaya uğramışdı. Hadisə zamanı 189 nəfər dünyasını dəyişmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system