NAMAZ VAXTLARI:
  • FƏCR 06:33
  • GÜN 07:58
  • ZÖHR 12:52
  • ŞAM 18:05
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər

Oxundu: 199
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər

Dünən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

  

“İslaminSesi” xəbər verir ki, Trend-in diplomatik dairələrdən aldığı məlumata əsasən, görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

 

Şəkildən də hər şey aydın formada görünür. Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

 

Bununla da anti-Azərbaycan qüvvələrin Mehman Hüseynovun adından istifadə edərək yalan təbliğatına və bu halı saxta şəkildə dramatikləşdirmək cəhdlərinə tutarlı zərbə vurulmuş olub.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system