NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əbülfəz Elçibəy və KQB – SENSASİON AÇIQLAMA

Oxundu: 3834
Əbülfəz Elçibəy və KQB – SENSASİON AÇIQLAMA

Tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsində siyasi, iqtisadi , sosial və şəxsi mövzularda verilən bir çox sualları cavablandıran, maraqlı mətləbləri xatırlayan, müəyyən sirrlərin üstünü açan politoloq Zərdüşt Əlizadə, ölkə tarixinin önəmli səhifələrindən olan Əbülfəz Elçibəyin prezidentliyi dövrünü, eləcə də, bu dövrə qədər olan bir sıra məqamları açıqlayıb.

 

Politoloq daha çox izləyicilərin ünvanladığı sualları cavablandırıb.

 

Zərdüşt Əlizadə bildirib ki, Xalq Cəbhəsində ona qarşı Əbülfəz Elçibəy mübarizə aparıb və hər zaman saxta ittihamlar irəli sürüb.

 

Politoloq həmin saxta ittihamlardan birini açıqlayır. Sitat: “ Əbülfəz bəy mübarizə aparanda deyirdi ki, mənim atam onu tutdurub və mən Zərdüşt Əlizadə KQB agentiyəm. 1988-ci ildə oktyabrın 27-28-də AXC-nin Ali Məclisi idi. Orada mənim 12 nəfərlik qrup – sevimli naxçıvanlı biradərlərim məni ifşa etdilər. Diqqətlə qulaq asdım onlara. İddia edirdilər ki, atam Əbülfəz bəyi tutdurub. Mən o zaman xaricdə idim. 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyirdim. AXC-nin həmin məşhur sessiyası qurtaran axşam sizin bir yerliniz olan və çoxdan tanıdığım Yaşar Məsimov adlı bir adamla görüşməyə çalışdım. Yaşarı çağırdım evindən bayıra, dedim, Yaşar, qardaşım, mənə danış Əbülfəz bəyin məhkəməsi necə olub. Dedi ki, 1-ci iclasdan sonuncu iclasa qədər mən iştirak eləmişəm. Dedim, onu mənim atamın ifadələri əsasında həbs ediblər? Dedi, yox, 3 nəfər ona qarşı ifadə vermişdi. Biri Hafiz Misgər, ərəbşünas, raykomun işçisi, ikincisi, Fəzail Ağamalı, üçüncüsü, Aydın Hacıyev – atası Mərkəzi Komitənin görkəmli işçisi olmuşdu. Hafiz Hacızadənin əmisi oğlu. Durdum səhər gəldim AXC-nin Ali Məclisinin sessiyasına. Yenə məni ifşa etdilər. “Kommunist”, “Moskvanın agenti”, “DTK-nın agenti”, “Əbülfəz bəyin düşməni” və s. və s. Axırda söz istədim. Söz vermək istəmirdilər. Demokratiyaya hazır deyildilər, birtəhər söz aldım. Dedim, Əbülfəz bəy, axı siz səhərdən deyirsiniz ki, sizi atamın ifadəsi ilə həbs ediblər. Axı sizə qarşı ifadə verən Fəzail Ağamalı burada oturub. Zal bir-birinə dəydi” – Sitatın sonu.

 

 

Zərdüşt Əlizadə müsahibəsində bildirir ki, Əbülfəz Elçibəy Fəzail Ağamalını guya özü bilərəkdən ona qarşı ifadə verməyə təhrik edib. Bu minvalla guya öz təşkilatlarını qorumağa çalışdığını deyib.

 

 

 73 yaşlı politoloq KQB-nin İstintaq İdarəsinin rəisi, KQB polkovniki Əziz Rəsulovla aralarında olan dialoqdan da bəhs edib. O, bildirib ki, işlədiyi “İstiqlal” qəzetinin redaksiyasına gələn qəfil zəng, onu düz KQB polkovnikinin hüzuruna qədər gətirib çıxarıb. Beləcə polkovnik Elçibəy və o zamankı hadisələr haqda bəzi gizlinləri Zərdüşt Əlizadəyə nəql edib. Əziz Rəsulovla aralarındakı dialoqu Zərdüşt Əlizadə belə xatırlayır. Sitat: Əziz Rəsulov dedi, mən sizə öz həyatımı danışmaq istəyirəm. Çıxarıb diktofonu qoydum, dedim, buyurun. Dedi, mən əslən Lənkərandanam. Mən çağa ikən atam müharibədə həlak olub. Anam kəndçi arvaddır. Məni öz zəhməti ilə tək böyüdüb. Mən məktəbdə əlaçı oxumuşam. Məktəbi qurtarandan sonra məni orduya çağırıblar. Orduda rus dilini öyrənmişəm, məni partiyaya qəbul ediblər. Gəlmişəm, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam. Yetim adamam, heç bir tapşırıq rol oynamayıb. Əlaçı oxumuşam, partiya bürosuna seçiblər məni. Əlaçı oxuya-oxuya gəlib 5-ci kursa çatanda təyinat ərəfəsində məni çağırıblar ki, sənin dəvət edirik DTK-ya işə. Kasıb yetim uşaq, DTK-ya iş. DTK təminat deməkdir, hörmət deməkdir, demişəm mən razı. 6 ay mənim bütün əslimi-nəslimi yoxlayıblar. Deyiblər ki, layiqdir, zəhmətkeş ailəsidir. Amma son mərhələdən keçmədim. Son mərhələ nədir – 1973-cü il. Deyiblər ki, bütün KQB kadrlarını birinci katib Heydər Əliyev qəbul edir. Aparırlar məni Heydər Əliyevin qəbuluna. 2 saat mənimlə söhbət edir. Çox mehriban, ədəbiyyatdan, tarixdən, həyatından, güzəranından, qohumlarından – hər şeydən danışdı. Sonra durub dedi ki, bəyənirəm, qal sədaqətlə Vətənə xidmət elə, sıxdı əlimi, dedi ki, get, hesab edirəm ki, sən DTK-da işləyə edə bilərsən. Məni gətirdilər leytenant rütbəsi verdilər və dedilər ki, birinci işə gedirsən. Moskvadan bir istintaq qrupu gəlib, bir azərbaycanlı dissidentin istintaqı gedir və o, rus dilini bilmir, sən tərcüməçi olacaqsan. Bu dissident kim ola, kim ola?  Həmin şəxs Əbülfəz Elçibəy idi – Sitatın sonu

 

 

Əziz Rəsulov politoloqa Əbülfəz Elçibəyin verbovkasından da danışıb. Sitat: “  1990-ci il yanvarın əvvəli idi. Xaricilərin istintaq işlərini KQB aparırdı. Bir əfqan tələbə qızıl və valyuta alveri eləmişdi, onu tutmuşdular, istintaqına mən baxırdım. İş bitmişdi, hər şeyi boynuna almışdı, iş göndərilməli idi məhkəməyə, sədrin dərkənarı lazım idi. Zəng elədim katibəyə, katibə dedi ki, yanında adam var. 5-6 dəfə zəng elədim, yenə dedilər, yanında adam var. Nəhayət, durub özüm getdim. Gəldim, oturdum, soruşdum kimdir, dedilər, yanında adam var. Dedim, yenə eyni adamdır, dedi, hə. Dedim, a bala, nə sevimli adamdır ki, bu qədər uzun söhbət edirlər. Dedi ki, “polosatı”dır. Mən peşəkar çekistəm, “polosatı” deyəndə düşündüm ki, mən daxili nizamnamənin tələblərinə görə, onu görməməliyəm. Mən istintaq idarəsinin rəisi olsam da, cinayət-axtarış şöbəsinin agenturasını mən görməməliyəm. “Polosatı” o deməkdir ki, “verbovka” olandan sonra dosyesinin üzərindən bir qırmızı xətt çəkilir. Mən onu görməməli idim. Mən durdum ki, gedim, qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar. Əbülfəz məni gördü, tutuldu -  Sitatın sonu

P.S Qeyd edək ki, bu və digər gizli mətləblər barədə Əvəz Zeynallının aparıcısı olduğu “Qaynar Qazan” layihəsində daha ətraflı oxuya bilərsiniz.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system