NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 76
Əbülfəs Qarayev:

Əbülfəs Qarayev: "Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb"

"Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb. Sözsüz ki, turizmin inkişafı müasir nəqliyyat vasitələri olmadan mümkün deyil".

 

İslaminSesi “Report” a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycana avtobus və avtomobillə gələnlərin sayı çoxalıb: “Bundan başqa, yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun turizm məqsədilə istifadəsi gündəlikdədir. Turizmin inkişafının birbaşa olaraq hava nəqliyyatı ilə bağlı olduğunu etiraf etməliyik. Hava nəqliyyatı isə son vaxtlar nəinki paytaxtda, eyni zamanda digər şəhərlərdə inkişaf edir”.

 

Nazir ölkə mədəniyyətinin tanıdılması istiqamətində də öz tövsiyələrini verib: “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarələrdə sərnişinlərə müxtəlif nəşrlər təqdim edir. Mən hətta kiçik nəşrlərdə Azərbaycan şairlərinin şeirlərini, nağıllarımızı, uşaqlar üçün kitabların qoyulmasının tərəfdarıyam. Səfərə gələn insanlar Azərbaycan haqqında nəinki televiziya, nəşrlər vasitəsilə də məlumat almalıdırlar. Bu, mədəniyyətə yeni baxış ola bilər. Mədəniyyət Azərbaycanın aynası olaraq hər bir aviasiya şirkətinin sütunlarından biri olmalıdır. Əgər biz onu düzgün istifadə etmiriksə, məqsədimizə nail ola bilmərik. Azərbaycana gələnlər təkcə yemək, biznes, pul xərcləmək üçün gəlmirlər. Onlar, ilk növbədə, Azərbaycanın mədəniyyəti, həyat tərzi, təfəkkürü ilə tanış olmağa gəlirlər. Ona görə də hesab edirəm ki, turizm şirkətləri Azərbaycanın zəngin mədəniyyətinin təbliğini əsas götürməlidirlər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system