NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 338
Əbu Turab (ə) və “Ey kaş mən də torpaq olaydım” ayəsi

Əbu Turab (ə) və “Ey kaş mən də torpaq olaydım” ayəsi

Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir. (Nəbə-40)

İslaminSesi.info – Qurani Kəri Allah Təalanın açıq aydın kitabıdır. Bu ilahı kitab təbii ki, kitabdan xəbəri olanlar üçün açıq aydındır. Çünki Quranın özünə məxsus bəyanı və söz demə üslubu vardır. Mənası aydın olan ayələrlə yanaşı təfsirə, açıqlamaya ehtiyacı olan ayələr də vardır. Allahın kitabını da yalnız Allahla rabitəsi olan birisi açıqlaya bilər. Bu səbəbdən Qurana öz rəyi əsasında təfsir vermək yol verilməzdir!

 

Qurana təfsir yazan təfsirçilər əsasən peyğəmbər (s) və imamların (ə) gətirdiyi açıqlamalar əsasında cild-cild təfsir kitabları yazmışlar.

 

Bu ayələrdən biri də “Nəbə” surəsinin 40-cı ayəsidir:

 

وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا

(Qiyamət günü) kafirlər deyər: Ey kaş torpaq olaydım! (insan olmayaydım)

 

Hədislərdə qeyd olunur ki, Allahın Rəsulu buyurdu: “Ey kaş mən torpaq olaydım ayəsində məqsəd budurki, qiyamət günü kafirlər deyər: Ey kaş mən Əbu Turabın yanında, onun yolunda olaydım!”

 

Qeyd edək ki, Əbu Turab ləqəbi İmam Əliyə (ə) verilmiş adlardandır. Qiyamətin o çətin günündə insanlar deyər ki, kaş mən Əlinin (ə) elmindən, düşüncəsindən, əxlaqından, siyasi baxışından, bütün mərifətindən bəhrələnib, onun (ə) davamçılarından olardım!

 

Mənbə:

(Təfsiri-bürhan. 4/423)

(Təfsirus-Safi 5/278)

(Təfsiru Nurus-səqəleyn 5/497)

(Məcməul-bəhreyn 1/284)

(Əttəfsirul-hədis 5/107)

(İləluş-şərae 156)

(Biharul-ənvar 32/60)

(Təvilul-ayat 2/761)

(Şəcərət Tuba 2/220)

(Təfsirul-Bürhan 4/423)

(Mustədrəku səfinətul-bəhar 1/476) ...

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system