Əbu Mehdi Əl-Mühəndisin yerinə İraqın Antiterror Qüvvələrinin rəhbəri təyin edildi

Oxundu: 108
Əbu Mehdi Əl-Mühəndisin yerinə İraqın Antiterror Qüvvələrinin rəhbəri təyin edildi

ABŞ-ın terror hücumunda şəhid general-leytenant Qasım Süleymani ilə birlikdə şəhid olan Əl-Həşduş Şəbinin ikinci komandiri Əbu Mehdi Əl-Mühəndisin yerinə İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Terrorizmlə Mübarizə Departamentinin rəhbəri Əbu Əli Əl-Bəsrinin təyin olunduğu iddia olunub.

 

Deyerler.org-un Parstoday-a istinadən verdiyi xəbərə görə, Sky News Arabia etibarlı bir mənbəyə əsaslanıb verdiyi xəbərində, Əbu Əli Bəsrinin ABŞ terroru nəticəsində şəhid olan Əbu Mehdi Əl-Mühəndisin yerinə keçəcəyini bildirib .

 

İraqın baş naziri Adil Əbdülmehdinin hərbi sözçüsü Əbdülkərim Xələf bu yaxınlarda verdiyi açıqlamasında Bədr hərəkatının baş katibi Hadi Əl-Amirinin Əbu Mehdi Əl-Mühəndisin yerinə keçmək üçün namizəd göstərildiyini bildirmişdi.

 

 

Bununla yanaşı, İraq mediası da Əl-Amirinin rəsmi olaraq Əbu Mehdi Əl-Mühəndisin yerinə keçdiyini bildirmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system