NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əbdülməlik Husi: "Bəhreyn forumu Fələstin xalqına olan ən böyük xəyanətdir"

Oxundu: 133
Əbdülməlik Husi:

Yəmənin "Ənsarullah" hərəkatının lideri Əbdülməlik Hüsi Bəhreyndə Fələstin əleyhinə keçirilən forumu tənqid edib.

 

"İslaminSesi" bildirir ki, bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb. Məlumata görə, "Zalımlara qarşı fəryad günü" münasibətilə çıxış edən Əbdülməlik Husi bildirib ki, Bəhreyn forumu Fələstin xalqına qarşı xəyanətdir:

 

"Yəmən xalqının Fələstinə qarşı mövqeyi heç vaxt dəyişməyəcək. ABŞ və İsrail rejimi müsəlmanları bu cür öyrədiblər ki, onların hər siyasi işlərinə qarışa bilsinlər. Guya Amerika və İsrail rejimi onların bütün problərini həll edəndirlər. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn rejimləri İslam ümmətinə qarşı xəyanət edirlər. İslam düşmənlərinin işlərini qabağa aparırlar. Bəhreyndə toplanan xainlər və sionist Kuşner Fələstinə "rüsvayçılıq müqaviləsi"ni təqdim edir. Amerika Birləşmiş Ştatlarının və sionist rejimin arxasıyca gedən ərəb ölkələri İslam ümmətinin müqəddəs torpaqlarını onlara hədiyyə etmək istəyirlər". Eastnews

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system