NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DYP sürücülərə müraciət etdi

Oxundu: 260
DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib.

 

İslaminSesi bildirir ki, İdarədən verilən məlumata görə, müraciətdə deyilir ki, son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur. 

 

"Mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system