DYP jalüz və plyonkadan istifadəyə görə cərimə söhbətinə SON QOYDU
Oxundu: 286
11:30, 16.11.2019
Dünəndən etibarən avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkanın vurulmasına görə cərimə tətbiq edilib-edilməməsi müzakirə olunur.
İslaminSesi xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
"Qeyd edilən standartlarla əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məsələsi aidiyyatı qurumlara göndərilib və hazırda lazımı qurumlarda baxılması ərəfəsindədir. Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbilə avtomobillərin arxa-yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür", - deyə Rüfət Quliyev bildirib.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir./BAKU.WS/
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Azərbaycanda ayıların kəndə hücumu kameraya düşdü - VİDEO 22:57, 05.12.2019
-
İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 21:39, 05.12.2019
-
Bu küçədə hərəkət məhdudlaşdırılacaq 21:00, 05.12.2019
-
Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 16:59, 05.12.2019
-
"Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək" - Deputat 15:55, 05.12.2019
-
1 ildə 5-ci görüş - Məmmədyarov erməni həmkarı ilə 3 saat nə danışıb? 15:23, 05.12.2019
-
Bu rayonlara qar yağdı - Faktiki hava 15:19, 05.12.2019
-
Dollar bahalaşacaq? – “Bu Milli Bankın qərarından asılıdır” 13:26, 05.12.2019
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Azərbaycanda ayıların kəndə hücumu kameraya düşdü - VİDEO

NATO müdafiə xərclərini artırır - Rusiya silahlanma yarışına qoşulacaqmı? (VİDEO)

Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO

Bizi biabır edənlər: Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı - VİDEO
ŞƏRH YAZIN