Düz 40 il öncə - Kəbənin gülləbaran edilməsi dünyanı şoka saldı (Video)

Oxundu: 2046
Düz 40 il öncə - Kəbənin gülləbaran edilməsi dünyanı şoka saldı (Video)

40 il öncə Məkkə evi Səud rejmi tərəfindən gülləbaran edilib. Necəki hicrətin 63-cü ilində Müaviyyə oğlu Yezid tərəfindən atəşə verilmişdi (Hirrə faciəsi).

 

İslaminSesi xəbər verir ki, görüntülər Səudiyyə Ərəbistanının “Əl-Axbariya” kanalı vasitəsi ilə yayımlanıb.

 

Görüntülər həm ölkə əhalisini, həm də görənləri dəhşətə gətirib.

 

Mənbənin bildirdiyinə görə hadisə Məkkədəki Böyük Məsciddə, Kral Xalid bin Əbdüləzizin dövründə, 20 Noyabr 1979-cu ildə səhər saatlarında baş verib. Beləki hökümət qüvvələri qaçıb Məkkəyə sığınan 200 silahlı qiyamçını ələ keçirmək üçün məscidi gülləbarana tutub. Beytul-Hərama (Allahın evinə) evinə od vurulub, içəri tanklar, zirehli texnikalar salınıb.

 

“Cuhayman” adlanan bu hərbi əməliyyat (faciə) nəticəsində Beytul-Həramda (Allahın evində) hər iki tərfdən çoxlu sayda təxminən 255 insanın öldürüldüyü bildirilir. Bir neçə gün çəkən bu hücumda heç kimə, heç bir dini dəyərlərə rəhm edilmədiyi, ehtiram edilmədiyi bildirirlir.

 

 

Bəzi mənbələrin yazdığına görə hücum əmri verməyə cəsartə edə bilməyən Kral, 32 Səudiyyə alimin razılıq rəyini aldıqdan sonra buna icazə vermişdir.

 

(Qeyd edək ki, Cuhayman hadisəsi İran İslam İnqilabından az müddət sonra olduğu üçün bəzi Səudiyyə rəsmiləri hadisəni İranda baş verən İnqilabla, bəziləri isə "İxvanul-muslimin" hərakatı ilə əlaqələndirməyə çalışırdılar. Hadisə ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz):

 

http://www.islaminsesi.info/detay.asp?id=1979-cu-il-mescidul-heramda-bas-veren-hucumun-teferruatlari--66775

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system