Düşmən Qarabağı xaçlı əsgərlərlə doldurur: Torpaqlarımızda daha bir hərbi hissənin açılışı oldu...

Oxundu: 56
Düşmən Qarabağı xaçlı əsgərlərlə doldurur: Torpaqlarımızda daha bir hərbi hissənin açılışı oldu...

Qarabağın işğal edilmiş torpaqlarında daha bir hərbi hissənin açılışı reallaşıb

İslaminSesi erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə qondarma “respublika”nın qondarma “prezidentinin” köməkçisi Tiqran Abrahamyan məlumat verib. O, qeyd edib ki, istifadəyə verilən hərbi hissə müasir tələblər səviyyyəsində hazırlanıb və yüksək standartlara cavab verir.

 

O, həmçinin yeni hərbi hissələrin yaradılması prosesinin 2020-ci ildə davam etdiriləcəyini bildirib.

 

Xatırladaq ki, bir neçə gün öncə düşmən Cəbrayıl rayonunda daha bir hərbi hissənin açılışı reallaşdırıb.

 

Deyilənlərdən də məlum olduğu kimi, düşmən Qarabağ və ətraf rayonları yeni hərbi hissələr və xaçlı əsgərlərlə doldurmaqdadır. Bu isə İrəvanın Qarabağ problemini sülh yolu ilə həll etmək haqqındakı bəyanatlarının riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyini göstərir./moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system