NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Duqindən Türkiyə ilə bağlı şok çağırış: Bunu etmək istəyirlər

Oxundu: 3566
Duqindən Türkiyə ilə bağlı şok çağırış: Bunu etmək istəyirlər

15 iyul çevriliş cəhdinin hədəfi Ankara-Moskva əlaqələrinin pozulmasıydı.

İslaminSesi xəbər verir ki, bunu 15 iyul çevriliş cəhdi ilə əlaqədar Türkiyədə keçirilən tədbirlərdən birində çıxışı zamanı rusiyalı filosof Aleksandr Duqin deyib.

 

“Rus təyyarəsinin vurulması, səfir Karlovun öldürülməsi münasibətləri pozmağa istiqamətlənmişdi. Mən o zaman bu işdə Ərdoğan və Türkiyənin rolunun olmadığını Putin və digər rus rəsmilərinə anlatdım. Nəticədə Moskva-Ankara tərəfdaşlığı dağılmadı.

 

15 iyuldan PKK-nın da xəbəri vardı. O gecə PKK dəstələri İraq və Suriyada çevrilişin uğurla başa çatmasını gözləyirdilər. Türkiyədəki qruplar bundan sonra Şimali İraqdakı dəstələrlə qısa müddət ərzində birləşərək müstəqil dövlətin qurulması üçün çalışacaqdılar. Çevriliş alınsaydı, Türkiyədə vətəndaş müharibəsi başlayacaq, ölkə Liviya və Suriya kimi olacaqdı. PKK hələ də bu çevrilişi təşkil edən qrupla aktiv əlaqələrə sahibdir.

 

Fətullah Gülən o gecə Türkiyəni ABŞ-a satmaq istəyirdi. Ancaq qəhrəman türk xalqı buna izn vermədi. Bənzər hadisə Rusiyada olsaydı, Putin də Ərdoğan kimi davranar, xalqı küçələrə çıxarardı.

 

Qərbin yeni bir həmlə etməsinə ehtiyac var idi. Bu hadisələrin hədəfi Ərdoğan-Putin dostluğunu bitirməyə yönəlmişdi. Mən bu hadisələrin avqust və sentyabrda olacağını düşünürdüm, amma onlar iyul ayında çevrilişə cəhd etdilər. Keçmişdən dərs almaq vaxtımız çatıb. Biz bundan öncə də hər zaman savaşdıq, amma sonda həmişə Qərb qazandı. Bizi bir-birimizin üstünə saldılar, nəticədə məhv olduq.

 

FETÖ ilə bağlı təhlükə artıq başa çatıb. Tramp Ərdoğanı sevmir, amma o, qlobalist də deyil. Dolayısı yolla rejim dəyişməsinə yönələn əməliyyata ABŞ cəhd etməyəcək. Lakin atlantikçilər hələ də Türkiyədədirlər və çalışırlar. Tramp hər şeyə nəzarət etmək gücündə deyil. FETÖ gələcəkdə istifadə edilməyəcək, amma ABŞ Gəzi Parkı hadisələri zamanı olduğu kimi, gənclikdən yararlanmağa cəhd edəcək. Rusiyada sosial şəbəkələr vasitəsilə bunu etməyə çalışırlar, Türkiyədə də buna cəhd edə bilərlər”, - deyə o bildirib. /axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system