Dünyanın yeni turizm REYTİNQİ - Gürcüstandan geri qalsaq da, Ermənistanı qabaqlayırıq

Oxundu: 116
Dünyanın yeni turizm REYTİNQİ - Gürcüstandan geri qalsaq da, Ermənistanı qabaqlayırıq

Beynəlxalq İqtisadi Forumun ekspertləri turizm sahəsində rəqabətə ən dayanıqlı ölkələrin reytinqini açıqlayıb

İslaminSesi - Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Travel and Tourism Competitiveness İndex 2019” adlanan reytinqdə dünyanın 180 ölkəsi yer alıb.


Reytinq tərtib olunan zaman rəqabətədavamlılıq prinsipi olaraq tarixi və mədəni miras, iqtisadi, nəqliyyat, bank sektoru, kommunikasiya, viza rejimi, səhiyyə, sakinlərin qonaqpərvərliyi və s. faktorlar nəzərə alınıb.


Siyahıda Azərbaycan bu göstəricilərin cəminə görə 71-ci pillədə qərarlaşıb. Gürcüstan cəmi 3 pillə önə çıxaraq, 68-ci yeri tutub.


Cənubi Qafqazın sonuncu təmsilçisi Ermənistan isə 79-cu pillənin sahibi olub.


Qonşu ölkələrdən turizmi rəqabətə ən dayanıqlı ölkələr sırasında Türkiyə 43-cü, Rusiya 39-cu, Ukrayna 78-ci, İran isə 89-cu yerdə qərarlaşıb.
Reytinqin liderləri isə İspaniya (1), Fransa (2), Almaniya (3), Yaponiya (4) və ABŞ (5) seçiliblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system