NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanın qəribə kəndi - Ən kiçik insanlar burada yaşayırlar - Fotolar

Oxundu: 1930
Dünyanın qəribə kəndi - Ən kiçik insanlar burada yaşayırlar - Fotolar

Makhunik, 1500 il əvvəl İranın şimal-şərqində qurulan bir kənddir və Əfqanıstan sərhədindən 75 km uzaqlıqdadır. Burada 100 il əvvəl yaşayan insanlar təxminən 1 metr uzunluğunda, orta hesabla normal boydan 50 sm daha qısa idilər. Səbəb isə olduqca maraqlıdır... BBC-nin əməkdaşı Şervin Abdolhamidi İranda bir metr hündürlüyünəki insanların kəndi olan Makhunikə getdi və bu barədə təəssüratlarını yazdı.

 
Beləliklə,   İslaminSesi  Moderator.az-a istinadən dünyanın ən qəribə yaşayış məskənlərindən olan Makhunik kəndinə dair maraqlı məlumatları təqdim edir:
Conatan Sviftin “Qulliverin səyahəti” əsərində bəhs edilən “Liliputlar şəhəri”ni xatırladan Makhunik dünyamızın ən maraqlı guşələrindən biridir. 
“İran Daily” qəzetində yazılır: “1946-cı ilə kimi heç kim Lut Çölünün ortasında belə qədim  bir sivilizasiyanın mövcud olduğunu düşünməzdi belə. 1964-cü ildə isə Tehran Universitetinin Coğrafiya fakültəsi tərəfindən Şahdadda tapılan qab-qacaq qalıqları Lut Çölünə sivilizasiya olma ehtimalını göstərdi”.
2005-ci ildə 25 sm uzunluğunda mumyalanmış bir insan cəsədi tapıldı. Bunun üzərinə, Makhunikin də daxil olduğu 13 kəndin bir zamanlar mövcud olan “Cücələr şəhəri”nə işarə etdiyi söz-söhbəti yayıldı. Ekspertlər mumyanın 400 il əvvələ aid olduğunu aşkar etdilər.
Kənd əhalisinin gödəkboylu olmasının ən əsas səbəblərindən biri lazımi qaydada qidalanmamaları idi. 
Bu quraq ərazidə kənd təsərrüfatı o qədər də geniş inkişaf etməmişdi, sadəcə turp, taxıl, arpa və xurma kimi bitkilər yetişdirilə bilirdi. Kəndlə bağlı maraqlı məqamlardan biri də kəndlilərin çaya qarşı hərisliyi  idi. Belə ki, onlar çay içməyi aludəçilik kimi görürdülər. XX  əsrdən isə yolların açılmasından sonra digər ərazilərdən düyü, toyuq kimi qidalar kənd əhalisi üçün əlçatan oldu. 
Makhunikin 700 nəfərlik əhalisi hal-hazırda ortalama boya sahib olsalar da, ulu babalarının nə qədər qısa olduğunu göstərən bir çox sübut var. BBC əməkdaşlarından Shervin Abdolhamidi əraziyə gəldikdə gördüklərini belə açıqlayır: “Burada 200 ev mövcuddur ki, onların da 70-80-nin tavanı çox qısadır. Bu evlərdən birinin içinə girdikdə, insan özünü qonaq otağında tapır”. 10-14 kv/metr böyüklüyündə olan otağın taxıl anbarı, bir küncdə ocağı və yatmaq üçün yeri mövcuddur. Evlərin bu qədər balaca olmasının səbəbi orada yaşamış insanların da balaca olduğundan xəbər verir.
 
Yollar əlverişli olmadığından insanlar evləri tikə bilmək üçün lazım olan daşları əllərində daşımaq məcburiyyətində qalıblar. Evlər balaca olduğundan bir tərəfdən onların tikilməsinə istifadə olunan ləvazimat da çox lazım olmayıb.  Digər tərəfdən  həmin evləri isitmə və soyutmaq da çətin başa gəlməyib. Həmçinin uzaqdan görünməsi çətin olduğundan kənd düşmənlər tərəfindən də bilinməyib və heç bir hücuma məruz qalmayıb.
 
İndilərdə isə kənddə quraqlıq daha da artdığından kənd təsərrüfatı ilə məşğul olmaq olduqca çətindir. Məhz buna görə də gənc nəsil iş üçün başqa ərazilərə üz tutur. Onlar oradan kəndə arpa və digər qidalar göndərirlər. Qadınlar toxuculuqla məşğuldur. Qocalar isə dövlətdən yardım alırlar. Kənd əvvəlki dövrlərə nisbətdə indi daha çox turist qəbul edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system