NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanın ən təhlükəsiz avtomobili istehsal olundu – Fotolar

Oxundu: 508
Dünyanın ən təhlükəsiz avtomobili istehsal olundu – Fotolar

Almaniyanın “Mercedes-Benz” şirkəti yeni avtomobili təqdim edib. “Experimental Safety Vehicle” həm də dünyanın ən təhlükəsiz maşını sayılır.

 

İslaminSesi.info xəbər verir ki, “Mercedes-Benz” bununla da yeni aktiv təhlükəsizlik texnologiyasını nümayiş etdirib. Avtomobil sürücüsüz hərəkətdə olacaq. Radiator barmaqlığı, şüşələrində və damında başqaları üçün informasiya yer alan ekranlar nəzərdə tutulub. Bundan başqa, maşının yoldakı situasiyaya uyğun işıqların parlaqlığını dəyişdirə biləcək xüsusi fənərləri var.

 

Mercedes-Benz

 

 

Avtomobildə zərbələr haqda əvvəlcədən məlumat verən sistem də qurulub. Bu sistem nəticəsində maşın zərbədən yayına biləcək. Avtomobildə uşaqların təhlükəsizliyinin ayrıca qayğısına qalıblar.

 

 

Mercedes-Benz

 

“Mercedes-Benz” yaxın gələcəkdə əksər yeni avtomobil seriyalarında aktiv təhlükəsizlik texnologiyasından istifadə edəcək.

 

 

Mercedes-Benz

 

Gələn il isə Almaniya şirkəti tarixinin ən sürətli maşınının təqdimatını planlaşdırır.Bizimyol.info

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system