NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanın ƏN TƏHLÜKƏLİ və ƏN TƏHLÜKƏSİZ ölkələri - REYTİNQdə Azərbaycan Rusiyadan öndədir

Oxundu: 250
Dünyanın ƏN TƏHLÜKƏLİ və ƏN TƏHLÜKƏSİZ ölkələri - REYTİNQdə Azərbaycan Rusiyadan öndədir

Qlobal Sülh İndeksi (Global Peace İndex) növbəti hesabatını dərc edib.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, hesabatda  dünyanın ən təhlükəli və ən təhlükəsiz ölkələrinin adları açıqlanıb.

 

Belə ki, 2018-ci ildə ən təhlükəli ölkə Əfqanıstan olub. İkinci yerdə isə Suriyanın olduğu göstərilir (2017-də Suriya təhlükəsizlik sırasında sonuncu olub).

 

Əfqanıstan, Suriya, eləcə də Mərkəzi Afrika Respublikasındakı zorakılıq 2018-ci ildə böyük iqtisadi itkilərə səbəb olub - müvafiq olaraq 47%, 67% və 42% ÜDM.

 

İslandiya isə dünyanın ən təhlükəsiz ölkəsi kimi tanıdılıb.

 

Reytinqdə iştirak edən 163 ölkə arasında ABŞ 128-ci, Rusiya 154-cü, Azərbaycan isə 130-cu yerdədir.

 

Qeyd edək ki, Global Peace Index – İqtisadiyyat və Sülh İnstitutunun beynəlxalq ekspertlər qrupunun nüfuzlu sosioloq və iqtisadçıları tərəfindən hazırlanmış indeksdir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system