NAMAZ VAXTLARI:
  • FƏCR 06:05
  • GÜN 07:29
  • ZÖHR 12:26
  • ŞAM 17:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 459
Dünyanın ən balaca raketinin kosmosa buraxılışı baş tutmayıb

Dünyanın ən balaca raketinin kosmosa buraxılışı baş tutmayıb

İslaminsesi-nin RİA-ya istinadla verdiyi məlumata görə, Yaponiyanın JAXA aerokosmik agentliyi dünyanın ən kiçik raket daşıyıcısının buraxılmasını hələlik məlum olmayan səbəblərdən təxirə salıb.

Raketin buraxılması saat 08:48-ə (Bakı vaxtı ilə 03:48) təyin olunmuşdu və canlı yayla yayımlanırdı, lakin nəzərdə tutulan starta bir neçə dəqiqə qalmış işə salınma təxirə salınıb. 

 

Картинки по запросу SS-520-4

 

Raketin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, çəkisi - 2,6 ton təşkil edir. JAXA-nın məlumatına görə, dünyanın ən kiçik raket daşıyıcısı olan SS-520-4 orbitə süni peyk çıxarmaq qabiliyyətinə malikdir. Yer səthinin müşahidəsini aparacaq peykin ölçüləri azdır : çəkisi 3 kiloqram, parametrləri 11,66 x 11,6 x 34,6 sm.

 

Raket daşıyıcısı və peykin ölçüləri onun hazırlanması və işə salınması üçün xərcləri on dəfə azaltmağa imkan verib. Məbləğ cəmi 400 milyon iyen (təxminən 3,47 milyon dollar) təşkil edib.

 

RT-saytı raketin buraxılışının təxirə salınmasına səbəbin güclü külək olduğunu qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system