NAMAZ VAXTLARI:
  • FƏCR 03:25
  • GÜN 05:12
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanın 6 ƏN QƏRİBƏ məkanından MÖHTƏŞƏM FOTOLAR

Oxundu: 420
Dünyanın 6 ƏN QƏRİBƏ məkanından MÖHTƏŞƏM FOTOLAR

İslaminSesi.info məlumat verir ki,Parafraz dünyanın ən qəribə 6 yerini təqdim edir:

 

Mendelhol buz mağarası. Əslində çox az insan buzlağı görür. Daha az sayda insan isə vulkanik dəliklər və ya su axınlarının yaratdığı buz mağarasını görür.

 

Mendelholu xüsusi edən də budur. 2014-cü ildə mağarada baş verən dağılmadan sonra Mendelhola girmək təhlükəli olsa da, bu oraya gedən turist sayına təsir etməyib.

 

Weirdest Natural Places Ice Cave

Weirdest Natural Places Mendenhall

Weirdest Natural Places Mendenhall

Weird Nature Mendenhall Crystal

 

Hiller gölü. Avstraliyanın Reşerş arxipelaqında yerləşir. Göl kifayət qədər böyükdür. Nə qəribə, forması nə də üstündə yaşayan nadir canlısı var. Rəngi çəhrayı olmasa idi, digər adi göllərdən biri olacaqdı. Səbəbi bilinməsə də gölün təbii rəngi belədir. İl boyu çəhrayılığını qoruyub saxlayan gölün suyunun insanlara heç bir ziyanı yoxdur.

 

Hillier Rainbow

Weird Nature Action

Weirdest Natural Places Lake Hillier

Hillier Boats

 

Kristal mağarası. Meksikanın Çiuaya ştatında yerləşən mağarada nə görəcəyiniz aydındır – kristallar. Selenit kristalının eynisi olan böyük kristallar. Mağaranın içərisi İndiana Cons filmlərindəki kimidir. Temperatur 58 dərəcədir, rütubət isə hər zaman 90%-dir. Ona görə də xüsusi qoruyucu olmadan içəridə durmaq mümkün deyil.

 

Weirdest Natural Places Naica Crystal

Weirdest Natural Places Naica Cave

Weird Nature Naica Two Guys

Weird Nature Naica Wall

 

Sokotra adası. Sokotra 4 adadan ibarət arxipelaqdır. Adaların biri arxipelağın 95 %-ni əhatə etdiyi üçün Sokotraya elə ada kimi istinad edirlər. Ən maraqlısı isə adanın Yer üzündəki ən fərqli yer olmasıdır. Adaya belə şöhrət verən nədir? Florası. Sokotra sanki bitkilərin Madaqaskarıdır. Həm də yüz milyonlarla il əvvəl materikdən ayrılaraq adada həyatın təcrid olunmasına səbəb olub.

 

Socotra

Weirdest Natural Places Socotra Trees

Weirdest Natural Places Socotra Dragon

Socotra Trees Weirdest Natural Places

 

Rorayma dağı. Deyə bilərsiz ki, istənilən dağın başından mənzərə qəribə görünür. Amma Rorayma dağının başından seyr edilən mənzərəyə bunların heç biri çata bilməz. İnsanı çəkən heç də hündürlük deyil. Bu dünyanın iki milyard il qədimlikdə geoloji quruluşunun üzərində dayanmanın verdiyi möhtəşəm hisdir.

 

Mount Roraima Weirdest Natural Places Clouds

 

Mount Roraima

Weird Nature Roraima Far

Weirdest Natural Places Mount Roraima

 

Şon Donq mağarası. Vyetnamda yerləşən bu mağara dünyanın ən böyük mağarasıdır. 1991-ci ildə kəşf olunub. 2010-cu ilə qədər insanlar mağaranın sonun gedib çıxa bilməmişdilər. Mağaranı görmək istəyirsən? Sənə 3000 dollar və bir neçə il lazım olacaq.

 

Son Doong
 
Son Doong Cave Photo
 
Weirdest Natural Places Son Doong Cave
 
Doong Entrance
 
Doong Wall

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system