NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanı qan gölünə çevirən ən dəhşətli müharibələrlə bağlı tükürpədici faktlar

Oxundu: 1209
Dünyanı qan gölünə çevirən ən dəhşətli müharibələrlə bağlı tükürpədici faktlar

Bəşər tarixi müharibələrlə zəngindir. Müharibə bütün hallarda qəddarlığın ən pik nöqtəsidir. Lakin nə qədər inkar etsək də, müharibələr həyatımızın reallıqlarından birinə çevrilib.

İslaminSesi bildirir ki, Oslo universitetinin araşdırma komandası ən dəhşətli müharibələri təsnif edib. Araşdırma komandasına başçılıq edın Steyn Tenneson bildirib ki, müharibənin dəhşət səviyyəsini öldürülənlərin və yaralıların sayı, qaçqınlar və həyatı məhv olmuş insanların dəhşətləri göstərir. Steyn Tennoson  müharibəni daha dəhşətli hala gətirən 3 faktoru sayıb.

Концлагерь Майданек

 

1. Hər iki tərəf kifayət qədər güclüdür və aralarında müharibə davamlı hal alır.

2. Müharibə daha böyük əraziləri və insanları əhatə edir.

3. Vuruşan tərəflər heç bir etik və əxlaqı dəyərlərlə hesablaşmırlar. Bu tip müharibələrdə genosid, zorakılıq və işgəncələr pik həddə yaşanır. Belə müharibələr davamlı hal aldıqda daha dəhşətli hal alır.

Steyn Tennoson bildirib ki, XIX əsrin ən dəhşətli müharibələri Avropada olmayıb. XIX əsrdə ən dəhşətli müharibələr Napoleon yürüşləri və ABŞ-ın vətəndaş müharibəsi olub. Lakin onlar da öz dəhşətinə görə Şərqdəki qırğınlara çata bilməz.

 

 

1.Taypin üsyanı (1850-1864) (Tiryək müharibələri) Çində baş verib. 30 milyon insanın ölümünə səbəb olub. Steyn Tennoson bildirir ki, Tiryək müharibələri Çin tarixində çinlilərin bir millət olaraq aşağılanmasıdır. Bu müharibələrin dəhşətini hesablamaq mümkün deyil. Bu müharibələri Çində Qərb törədib. 

2. Paraqvay müharibəsi (1864-1870)

Braziliya, Argentina və Uruqvayın iştirak etdiyi bu müharibədə Paraqvay əhalisinin 3/1-ni məhv edib.

 

XX əsrin ən dəhşətli müharibələrinin reytinqi

1. İkinci Dünya müharibəsi

2. Birinci Dünya müharibəsi

3. Vyetnam müharibəsi (1959-1975),

4. Çin vətəndaş müharibəsi (1946-1949),
5. Koreya müharibəsi (1950-1953)


İkinci Dünya müharibəsi öz dəhşət parametrlərinə görə bütün sərhədləri keçir. 80 milyon insanın ölümünə səbəb olan bu müharibə Sovetlərdə və Çində daha dəhşətli halda baş verdi. Çünki müharibə ilə yanaşı həmin ölkələrdə vətəndaş müharibəsi də gedirdi. Eyni zamanda yuxarıda adları çəkilən müharibələr də öz dəhşətləri ilə tarixin ən qanlı səhifələrini təşkil edirlər. Məsələn, Bosniyada kütləvi zorlanma hadisələri ən dəhşətli faktlardan biridir. Bosniyalı qadınları həbs şəraitində saxlayırdılar. Onlara hamilə qalana qədər təcavüz edirdilər. Sonra isə nəzarətdə saxlayırdılar ki, uşağı tələf etməsin. Onlar öz nəsillərinin halına qalan vəhşi ata rolunu oynayırdılar. Qadın isə travma alaraq həyatı məhv olmaqla yanaşı serb uşaqlarını dünyaya gətirməklə ailəsi ilə ömürlük düşmən olurdu.


Ümumiyyətlə müharibələrin dəhşət səviyyəsini müəyyən etmək o qədər də asan deyil. Hər halda ölən və öldürən insandır. Steyn Tennosonun əksinə professor İoxan Lanq sivilizasiyanın inkişafı ilə müharibələr və dəhşətlərin də azalacağına ümidli deyil. O bildirir ki, işıqlı gələcəyə ümid etmək çətindir. "Xatırlayın Cenevrə konvensiyası İkinci Dünya müharibəsindən bəri var. Amma hələ də beynəlxalq hüquq ABŞ-dan Vyetnamda törətdiklərinin hesabını soruşmayıb. Ona görə də müharibə dəhşətlərini mütləq iki yerə ayırmalıyıq: Müharibənin dəhşətləri və  hərbçilərin qeyri-insanlığı. Bu hazırda dünya siyasətinin ən böyük problemlərindən biridir". 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system