NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyanı dəyişdirən inqilab 101 yaşında - Fotolar

Oxundu: 194
Dünyanı dəyişdirən inqilab  101 yaşında - Fotolar

Çar Rusiyasının süqutundan sonra dünya yeni imperiya və yeni quruluşla tanış oldu.

 

Bu imperiya Sovet Sosialist Respublikalar İttifaqı idi. Sovetlər İttifaqının yaradılması ilə nəticələnən 1917 –ci il Oktyabr İnqilabından  101 il ötür.   

 

20-ci əsrin əvvəlində böyük dövlətlər arasında öz yerini tutan Rusiya,  kənardan baxdıqda zamanının ən qüdrətli imperiyalarından biri kimi görünürdü. Ölkəni isə Çar II Nikolay idarə edirdi.

 

Ancaq bu yalnız kənardan baxdıqda görünən əzəmət idi. Ölkə daxildən qaynayırdı. Yaşanan iqtisadi çətinliklər, böyük kəndli kütləsinin  axın etdiyi iri şəhərlərdə mövcud olan yoxsulluq və Çarın avtoritar idarəçiliyi, narazılıqları günbəgün artırırdı.  

 

Artıq inqilab ətri bütün ölkəni bürüyürdü.

 

Tarix yazır ki, inqilab qığılcımı ilk olaraq 1905-ci ildə alova çevrildi .     

Belə ki, 22 yanvar 1905-ci ildə keşiş Gaponun təşkilatçılığı ilə təxminən 200 min etirazçı “Qış Sarayı”na doğru yürüşə başladı. Bu yürüş  Çar əsgərlərinin xalqa atəş açması ilə qırğına çevrildi.

 

 

 Tarixə "Qanlı Bazar kimi düşən  və təxminən 500 insanın qətli ilə nəticələnən bu faciə ilə Rus xalqının Çarla son mənəvi bağı qırıldı.  Məhz bu hadisə Sovet İttifaqının qurulması üçün dönüş nöqtəsi oldu. 

 

1905-ci il inqilabından sonra artan narazılıq, 1914-cü ildə baş verən Birinci Dünya Müharibəsinin ilk günlərində  nisbətən səngidi.

 

Ancaq müharibənin başlaması ilə artan aclıq və səfalət xalqın səbr kasasını daşırırdı.   Nəhayət 1917 –ci il Oktyabr İnqilabının ilk qığılcımını fevral ayının  23-də  Putilov fəhlələri yandırdılar. Beynəlxalq Qadınlar Günü ilə birləşdirilən tətil dalğasında on minlərlə fəhlə və qadın paytaxta axışdı.  

 

Beləliklə iş və çörək tələblərini qısa müddət ərzində "Rədd olsun Çar” şüarları əvəz etdi.  

 

 

27 Fevralda əsgərlərin də qoşulduğu  qiyam inqilab dalğasına çevrildi və bütün ölkəni bürüdü.  Dörd gün ərzində Çar taxt-tacdan imtina etdi və bu hadisə Fevral İnqilabı kimi tarixə yazıldı.   Hadisələr zamanı 1315 nəfər həyatını itirdi.

 

 

Fevral inqilabı nəticəsində Rusiyada  ikitərəfli bir quruluş yarandı. Bir tərəfdə Çar Rusiyasının qanunvericilik məclisi olan və burjuaziyanın toplaşdığı Duma Komitəsi, digər tərəfdə isə fəhlə sinfinin toplandığı Sovetlər...

 

İlk dövrlərdə hakimiyyət başlıca olaraq Dumanın nəzarətində yaradılan Liberal Hökumətə məxsus olduğundan, sosialistlərin tələblərinin əksinə , Birinci Dünya Müharibəsinə davam edilməsi qərarı alındı.

 

Nəticədə aprel və may ayları ərzində sosialistlər güclərini artırdılar və onların lideri Lenin sürgündən birbaşa Rusiyaya qayıtdı.

 

 Liberal hökumətin başı müharibəyə qarışdığı bir vaxtda, Leninin rəhbərlik etdiyi Bolşeviklər  güclərini artırdılar.

 

Hökumət hərbi vəziyyət elan edib Bolşevikləri həbsə atsa da,   Lenin Finlandiyaya qaça bildi.  Buradan isə öz inqilab planını həyata keçirməyə başladı.  

 

Nəhayət  24 Oktyabr 1917-ci gecəsi (Julyen təqvimə görə 24 Oktyabr, Miladi təqvimə görə 6 Noyabr) müvəqqəti hökumətin qərargahı xalq kütlələri tərəfindən əhatəyə alındı.   Oktyabr səhəri müvəqqəti hökumətin baş naziri Kerenski saraydan bir serb zabitinin paltarını geyinərək  saraydan qaçdı.

 

 

26 Oktyabr (8 Noyabr) gecəsi Qış Sarayı  bir neçə yüz nəfərlik qoşun tərəfindən ələ keçirildi.  Artıq Leninin "Bütün Hakimiyyət Sovetlərə" şüarı öz təsdiqini tapdı.   

 

Bütün baş verənlər sonrası müvəqqəti hökumətin üzvləri həbs olundular.  8 noyabrda keçirilən İkinci Ümumrusiya Sovetlər Qurultayında, Lenin "Xalq Komissarları Şurası"nın  sədri seçildi.

 

 Oktyabr İnqilabından sonra yeni hökumət ilk olaraq  Birinci Dünya Müharibəsindən geri çəkildi.  3 Mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə Sovet İttifaqı müharibəni dayandırdı. 

 

İyulun 16- dan, 17-nə keçən gecə Çar ailəsi həbs edildikləri evin zirzəmi qatında edam edildi.  Edam qərarının yeni yaradılan mərkəzi hökumət, yaxud yerli bolşeviklər  necə həyata keçirildiyi haqda heç bir məlumat yoxdur.  

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system