NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyada hər beş saniyədə bir uşaq ölür – Şok səbəblər

Oxundu: 241
Dünyada hər beş saniyədə bir uşaq ölür – Şok səbəblər

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il 15 yaş arasındakı 6,3 milyon uşaqdan çoxunun həll edilməsi mümkün olan problemlər və xəstəliklər səbəbindən öldüyünü açıqlayıb.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki,   BMT-nin Uşaqlara Yardım Fondu və Dünya Səhiyyə Təşkilatının birgə hesabatına əsasən , 2017-ci ildə hər beş saniyədə 15 yaş arasında olan bir uşaq dünyasını dəyişib.  

 

Hesabatda təxminən 5,4 milyon uşağın, həyatlarının ilk beş ilində dünyadan köçdükləri açıqlanıb.  

 

Yeni doğulan uşaq ölümlərinin bütün ölümlərin yarıdan çoxunu təşkil etdiyi bildirilib və tədbir görülməsə 56 milyon uşağın 2030-cu ilə qədər ölüm riski ilə üz-üzə qalacağı vurğulanıb.

 

Erkən ölümlərə səbəb kimi içməli su dərman, elektrik çatışmazlığı göstərilib.

 

Hesabatda o da bildirilib ki, beş yaş arasında qeydə alınan uşaq ölümlərinin yarısı Afrikanın 100/30 – u is Cənubi Asiyanın payına düşüb. 

 

Afrikada hər 13 uşaqdan 1-nin, 15 yaşına çatmadan dünyasını dəyişdiyi də hesabatda öz əksini tapıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system