NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 261
Dünyada 4 milyona yaxın mühacir uşaq məktəbə gedə bilmir

Dünyada 4 milyona yaxın mühacir uşaq məktəbə gedə bilmir

Birləşmiş Millətlər Təşkilatı dünyadakı təxminən, 6 milyon mühacir uşağın yarısından çoxunun məktəbə gedə bilmədiyini açıqlayıb.

 
Bu, 3 milyon 700 min uşaq deməkdir. Dünya uşaqlarının 90%-i məktəbə getdiyi təqdirdə, mühacirlərdə bu göstərici 50%-dir. Onların yüzdə biri isə orta məktəbi bitirib təhsilinə davam edir.
 
Hesabata görə,  yoxsul ölkələrdə  vəziyyət daha  acınacaqlıdır. Buradakı 4 milyon 400 min suriyalı uşaqdan  cəmi 35%-i orta təhsil ala bilir. Türkiyədəki suriyalı uşaqların 39, Liviyadakı uşaqların isə 40%-i məktəbə gedə bilir.
 
Hesabatda milyonlarla mühacirin təhsildən uzaq qalmasının illər sonra böyük bir böhrana səbəb olacağı bildirilir.  Uşaqlara daha gözəl gələcək vəd etmək üçün öncə onlara təhsil vermək lazım olduğu qeyd edilib.
 
UNESKO-nun 2016-cı ildəki hesabatına görə isə bütün uşaqların orta təhsil ala bilməsi üçün azı 25 il gərəkdiyi bildirilib. BMT-nin isə  “hər kəs üçün təhsil” hədəfinə 2030-cu ildə çatağı güman edilir.
 
AzEDU.az 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system