NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünya Trampa qarşı çıxdı: Colan yüksəkliklərilə bağlı qərarı yalnız İsrail dəstəklədi

Oxundu: 477
Dünya Trampa qarşı çıxdı: Colan yüksəkliklərilə bağlı qərarı yalnız İsrail dəstəklədi

BMT, Avropa Birliyi və ƏDL - hamı yekdilliklə Trampın sionist İsrailin Colan yüksəklikləri üzərində suverenliyinə dair qərarının əleyhinədir. Amerika siyasəti üçün nadir bir hal: Donald Trampın bu qərarını hətta ona sadiq medialar belə, dəstəkləmədi.

İslaminSesi-nin Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, "Fox News" quru bir başlıqla xəbər yayıb: "Donald Trampın Colan yüksəkliklərilə bağlı qərarı regionda güclü qınağa səbəb oldu".

 

"New-York Times" daha sərt çıxış edərək Trampın qərarını mənasız provokasiya adlandırıb. Nəşrdə bildirilən fikrə görə, bu addım ABŞ-dan çox, İsrailin maraqlarına xidmət edir və ölkənin baş naziri Binyamin Netanyahuya qarşıdan gələn seçkilərdə qələbə çalmaqda yardım etməyə hesablanıb.

 

Bunun nəticəsində də regiondakı vəziyyət kəskinləşəcək.

 

Bu məsələyə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu işarə edib:

"Əvvəl Amerika öz səfirliyini Qüdsə köçürdü. İndi də İsraili Colan yüksəkliklərini qanunsuz olaraq rəsmi şəkildə öz ərazisi elan etmək niyyətində dəstəklədi. Biz belə qərara qarşı çıxmaq üçün əlimizdən gələni edəcəyik".

 

Bu cür fikirlər ərəb ölkələrinin əksəriyyətində - Misir, Ərəb Əmirlikləri, Livan, İraq, Ərəb Dövlətləri Liqasında - səsləndirilib.

 

Suriya Xarici İşlər Nazirliyində Trampın qərarı kəskin pislənilib və bildirilib ki, bu, beynəlxalq hüquqa qarşı çıxmanın yüksək dərəcəsini göstərir. Ərəb respublikasını Fələstin də dəstəkləyib.

 

Böyük Britaniya, İspaniya və Avropa Birliyi də Trampın bəyanatına qarşı çıxıb. Burada həmin ərazi İsrail tərəfindən qanunsuz işğal olunmuş hesab edilir.

 

BMT, həmçinin, bildirir ki, Colan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişilməz olaraq qalır.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, öz növbəsində, Trampın bu qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu deyib.

 

İlk etirazlar da kütləvi narazılığı təsdiq edir: fələstin disporasının nümayəndələri Nyu-York küçələrinə axışıb, Colanda isə druzların (köklü ərəb əhalisinin) etiraz aksiyaları keçirilib.

 

Maraqlıdır ki, yəhudi dövlətin özündə belə, Binyamin Netanyahunun mövqeyi tam olaraq dəstəklənməyib. Onun Trampla birgə qəbul etdiyi bu qərarın Yaxın Şərqdə kövrək sülhü pozması çoxları tərəfindən qınanılıb. İsraillilər qorxur ki, bu qərar sonda onların özlərinin əleyhinə nəticələnəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system