Dünya aviasiya tarixində inanılmaz REKORD…

Oxundu: 66
Dünya aviasiya tarixində inanılmaz REKORD…

Avstraliyada tranzit xidmətini həyata keçirən “Qantas” şirkəti dünyanın ən uzun məsafəli test uçuşunu həyata keçirib.

İslaminSesi BBC-ə istinadən xəbər verir ki, "The Boeing 787-9" nömrəli təyyarə Nyu-Yorkdan Sidneyə 16 min 200 kilometrlik məsafəni dayanmadan 19 saat 16 dəqiqəyə qət edib. Təyyarədə olan 49 nəfərə təyyarə havaya qalxdıqdan 6 saat sonra yuxu əleyhinə karbohidratlı qidalar verilib. Təyyarəni 4 pilot növbəli şəkildə idarə edib. Şirkət növbəti ay Londondan Sidneyə bu cür uçuş həyata keçirməyi planlaşdırır.

 

Xatırladaq ki, Qantas şirkətinin ən uzun məsafəli uçuşu 17 saat sürən Perth-London uçuşu olub. Digər tranzit şirkəti olan  Qatar Havayolları da Aukland- Doha istiqamətində 17 saat uçuş həyata keçirib./Modern.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system