NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünya 50 il sonra necə görünəcək: Sualtı yollar, kosmosda məzuniyyət…

Oxundu: 61
Dünya 50 il sonra necə görünəcək: Sualtı yollar, kosmosda məzuniyyət…

“Sualtı yollar, uçan skeytlərlə yarışlar, kosmosda məzuniyyət – 50 il sonra bunlar adi şeylər olacaq”, – “The Daily Mail” belə yazır. Qəzet texnologiyanın gələcəyini bu cür görür.

İslaminSesi "Bizimyol.info"-ya istinadən xəbər verir ki, “The Daily Mail” dünyanın 50 il sonrakı mənzərəsi haqda yazıb. Proqnozlar arasında insan orqanlarının kütləvi istehsalı da var. Qəzet “Samsung”un sifarişi ilə elm adamlarının hazırladığı hesabata istinad etdiyini bildirir.


“Samsung”un hesabatına görə, artıq 2069-cu ildə Böyük Britaniyadan Avropaya və digər bölgələrə boruşəkilli sualtı ictimai nəqliyyat olacaq. Sərnişinləri yüksəksürətli konteynerlər daşıyacaq. Bir çox ölkələr arasında məsafə bir neçə saata enəcək.


Gözləntilərdən biri də şəhər nəqliyyatı ilə bağlıdır. Tıxacları aradan qaldırmaq üçün uçan taksilər və avtobuslar dövriyyəyə buraxılacaq. Yüksək atmosfer qatlarında uçacaq raketlərin insanları Londondan Nyu-Yorka yarım saata çatdıracağı gözlənilir.


“The Daily Mail” yazının sonunda gözlənilən yenilikləri rəqəmlərlə sıralayıb: 1. Yuxarıda qeyd olunan sualtı ictimai nəqliyyat. 2. Yeraltı göydələnlər. 3. Öz-özünə təmizlənən evlər. 4. Məzuniyyəti keçirmək üçün kosmik otellər. 5. 3D-orqanlar. 6. Həşəratlardan hazırlanan ucuz hamburgerlər. 7. Uçan avtobuslar və taksilər. 8. Orqanizmə nəzarət mexanizminə çevriləcək implatantlar. 9. Uçan skeytlərlə yarış. 10. Fiziki iştirak edə biləcəyimiz interaktiv filmlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system